Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

SOSİAL 05 oktyabr 2024, 11:38
Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in İnsan ölçüsü üzrə Varşava Konfransında iştirak edəcək.

Bu barədə Demokrat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputat konfransa qatılmaq üçün oktyabrın 6-da Polşaya səfər edəcək. Tədbirdə ATƏT regionunda insan hüquqları və fundamental azadlıqlar üzrə aktual məsələlər müzakirə ediləcək.

Səfər oktyabrın 9-da başa çatacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top