Polisdən örnək davranış — Vəfat edən iş yoldaşlarının anasını belə təbrik etdilər (VİDEO)

SOSİAL 05 oktyabr 2024, 12:12
Sumqayıtda, bir qrup polis əməkdaşı vəfat edən iş yoldaşlarının müəllim anasını məktəbə gedərək təbrik edib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, xoş hadisə şəhərin məktəblərindən birində qeydə alınıb.

Polis əməkdaşları mərhum polisin müəllim anasını məktəbə gələrək çiçəklərlə təbrik ediblər.

Məktəb kollektivinin və şagirdlərin də gözləri önündə yaşanan bu hadisə hər kəsə duyğulu anlar yaşadıb.

Sözügedən görüntüləri təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top