Karateçimiz xəstəxanaya yerləşdirildi – FOTO


İDMAN 17 okt 2019, 22:12

 Karateçimiz Ayxan Mamayev xəstəxanaya düşüb.

 

Demokrat.az xəbər verir ki, o, böyrəyində olan problemlə bağlı Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

 

Onun dostu olan sərbəst güləş üzrə üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov Oxu.Az-a açıqlamasında bu haqda bildirib:

 

"Ayxanın kəskin böyrək çatışmazlığı var. Dünən özünü pis hiss edib. Böyük ehtimalla, soyuqdəymədən olub. Bədəni şişib və xəstəxanaya gətiriblər. Xəstəxanada məlum olub ki, böyrəklərində problem var. Bu gün onun özü ilə danışmışam, qırıq-qırıq danışır. Həkimlər onun nə vaxt ayağa qalxacağı barədə hələ bir söz demirlər".



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top