Rövşən Abdullaoğlu: “Problem odur ki, dünya hələ Azərbaycan ədəbiyyatını dadmayıb...”

MƏDƏNİYYƏT 30 sentyabr 2024, 16:15
“Beynəlxalq kitab sərgilərinin keçirilməsi önəmli hadisədir. Əgər bir yazıçı dünyada tanınmaq istəyirsə, hədəfi dünyaya çıxmaqdırsa, yazıçı olaraq aktivlik göstərməli və sərgilərdə aktiv iştirak etməlidir. Azərbaycanda problem odur ki, dünya hələ Azərbaycan ədəbiyyatını dadmayıb”.

Bu fikirləri 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında yazıçı, filosof-şərqşünas, təlimçi, "Qədim Qala" nəşriyyatının təsisçisi Rövşən Abdullaoğlu deyib. Tanınmış yazıçının fikrincə, ölkədə beynəlxalq kitab sərgilərinə rəğbət yaratmaq lazımdır:

“Beynəlxalq kitab sərgilərinin keçirilməsinə hava, su kimi ehtiyac var. Bu tədbirlərə xaricdən yazıçı və naşirlər dəvət olunmalıdır. Beynəlxalq kitab sərgisi netvörkinqin açarıdır. Media da bu məsələni geniş işıqlandırmalıdır. Əgər biz xarici ölkələrdən sərgiyə daha çox qonağın qatılmasını istəyiriksə, yazıçı, cəmiyyət, media olaraq aktivliyimizi artırmalıyıq. Əgər kitab oxuyan yoxdursa, media bu məsələlərə lazımı önəmi vermirsə, dünya ədəbiyyat nümayəndələrinə maraqsız olur sərgiyə qatılmaq.   

Sevindirici haldır ki, Azərbaycanda oxucuların sayı ilbəil artır, sərgi hər keçən il daha yüksək səviyyədə təşkil olunur. Bununla belə problemlər hələ də var, bunların həlli üçün cəmiyyət olaraq hər birimiz dəstək verməliyik”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top