İsraildən son dəqiqə açıqlaması: Nəsrullahın qızı öldürüldü

DÜNYA 28 sentyabr 2024, 11:54

Livanın şiə hərəkatı Hizbullahın baş katibi Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində öldürülüb.

Demokrat.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Qeyd olunur ki, o, hərəkata və onun məqsədlərinə sadiq olduğunu açıq şəkildə nümayiş etdirib. Telekanalın məlumatına görə, 2022-ci ildə verdiyi müsahibədə Hizbullah liderinin qohumu “qardaşı şəhid olanda valideynlərinin göz yaşı tökmədiyini” bildirib.

Jurnalistlərin məlumatına görə, onun cəsədi İsrail ordusunun zərbə endirdiyi komanda mərkəzinin dağıntıları altından tapılıb. Bu məlumat hələ rəsmi olaraq təsdiqlənməyib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) İsrail Hərbi Hava Qüvvələrinin (IAF) Livanın cənubunda “Hizbullah”ın raket bölməsinin komandiri Məhəmməd Əli İsmayılı öldürdüyün bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top