Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

GÜNDƏM 27 sentyabr 2024, 22:11

Sabahdan Bakıda 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 28-dən Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top