“Bəzi məmurları "ötən günlərə qayıtmaq" arzusu rahat buraxmır…” — AÇIQLAMA

GÜNDƏM 27 sentyabr 2024, 20:16
“Uzun illərdir ki, dövlət qulluğuna qəbul prosesinin fəal iştirakçısıyam. Yəni dövlət qulluğuna qəbul prosesində baş verənlərdən az-çox məlumatlıyam. Əminliklə deyə bilərəm ki, bu sahədə ciddi islahatlar aparılıb və müsbət dəyişiklər getməkdədir”. 

Demokrat.az xəbər verir ki, bunu siyasi ekspert Əhməd Abbasbəyli dövlət qulluğuna qəbulla bağlı çıxış edərkən bildirib.

Onun sözlərinə görə, əvvəllər Dövlət Qulluğuna Qəbul Komissiyasının başlatdığı, həm dövlətimiz, həm də vətəndaşlarımız üçün əhəmiyyətli və faydalı olan bu prosesi Dövlət İmtahan Mərkəzi uğurla davam və inkişaf etdirir. 

Ekapert deyib ki, bu fəaliyyətin nəticələrini və səmərəsini ali məktəblərə test üsülu tətbiqi ilə müqayisə etmək də olar:

“Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycanda dövlət qulluğuna qəbul prosesi dünyada ən qabaqcıl təcrübələrdən biridir. Məhz bu fəaliyyətin nəticəsi olaraq bu gün dövlət orqanlarına savadlı, bacarıqlı və vənətpərvər gənclər qəbul edilib. 

Ən vacibi də odur ki, əvvəlki dövrlərdən fərqli olaraq, həmin gənclər "tapşırıqla", "rüşvətlə" deyil, yalnız öz bilik və bacarıqları hesabına dövlət orqanlarına işə qəbul edilirlər. Bu vətəndaşlarımız, xüsusilə də gənclər arasında həm dövlətimizə, həm dövlət orqanlarına, bu prosesə etimadı artırır. Bu, həm də insanlarda ədalətə, obyektivliyə inamı yüksəldib. 

Amma çox təəssüf ki, daim bu prosesə əngəl olmağa, ona ləkə salmağa çalışan bəzi qüvvələr olub və bu gündə var. Belə ki,  bu prosesdən narazı qalanlar, o cümlədən  bəzi dövlət orqanlarında işəqəbul prosesində dövlətin deyil, şəxsi maraqları üstün tutan bəzi məmurları "ötən günlərə qayıtmaq" arzusu rahat buraxmır. 

Əlbəttə ki, vaxtilə ən aşağı yardımçı vəzifələrə belə "kənardan gəlməyin” mümkün olmadığı, hər vəzifənin öz tarifinin hökm sürdüyü dövrlərlərdən fərqli olaraq, artıq bütün prosesin şəffaf, ədalətli aparılması belələrini razı sala bilməzdi. Həmin insanlar hər fürsətdə bu prosesi ləkələmək, qarşısını almaq üçün hər fürsətdən istifadə etməyə çalşıblar. 

Şübhəsiz ki, onlar hələlik ciddi uğurlar qazana bilməyiblər. Amma müxtəlif yollarla təsir dairələrini və imkanlarını genişləndirmək uğrunda cəhdlər ediblər”. 

Əhməd Abbasbəyli qeyd edib ki, bu cür yol tutmaq düzgün addım deyil və maraqlar toqquşması olmaqla yanaşı, şəffaflığa və obyektivliyə zərər vurur:

“Bütövlükdə isə bu cür hərəkərləri uğurlu hesab edilən islahatlara və fəaliyyətlərə, o cümlədən Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinə, ümumiyyətlə, dövlət qulluğuna qəbul prosesində əziyyət çəkmiş yüzlərlə insanın əməyinə hörmətsizlik hesab etmək olar. Ən əsası da bu kimi fəaliyyətlər bu proresdə geriyə doğru atılmış addımdır”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top