Sülhə nail olmaq üçün konstitusiyanı dəyişdirməyə hazırıq — Paşinyan

REGİON 27 sentyabr 2024, 08:33
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq.

Demokrat.az xəbər verir ki, Paşinyan bunu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

“Azərbaycanla sülh müqaviləsi imzalanarsa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək və əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, o zaman biz elə bir vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə konstitusiya dəyişiklikləri zəruri olacaq”, - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top