Avtomobil 9 yaşlı məktəblini vurub öldürdü

HADİSƏ 20 sentyabr 2024, 10:35
Sumqayıtda 9 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki “Dost” marketin qarşısında qeydə alınıb.

Belə ki, Fərid Əliyev idarə etdiyi “Toyota Carolla” markalı avtomobillə yolu keçən azyaşlını vurub. Ağır xəsarət alan 2015-ci il təvəllüdlü Fəqan Anar oğlu Əhədli hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, vəfat edən 9 yaşlı Fəqan orta məktəbin 4-cü sinif şagirdi imiş.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2024, 23:46
Top