İtki və Zərərə Cavab Fondunu tam işə salmaq lazımdır — Nazir

COP29 18 sentyabr 2024, 09:28
COP27 və COP28-in uğurlarına əsaslanaraq, biz İtki və Zərərə Cavab Fondunu tam şəkildə işə salmalıyıq.

Demokrat.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən İtki və Zərərə cavab verən Fondun İdarə Heyətinin 3-cü iclasında bildirib.

"Biz həm də itki və zərərlə bağlı irəliləyiş əldə etməliyik, çünki iqlim dəyişikliyinin yaratdığı fəsadlar artıq müxtəlif ölkələrdə bir çox insan tərəfindən hiss olunur" - o vurğulayıb.

M.Babayev əlavə edib ki, bütün bunlar ölkələrə bu istiqamətdə irəliləyişin nə qədər aktual olduğunu, iqlim dəyişikliyinin insanlara necə təsir göstərdiyini xatırladır.

Qeyd edək ki, hazırda Bakıda iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin üçüncü iclası keçirilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi Fondun əməli fəaliyyətinin reallaşması istiqamətində tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, bu, ölkəmizə olan inam və etimadın göstəricisi olmaqla yanaşı, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə məsələlərinə verdiyi önəmin və bu xüsusda, inkişaf etməkdə olan dövlətlərə, o cümlədən kiçik ada dövlətlərinə ayırdığı diqqətin nəticəsi kimi qiymətləndirilir. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 17:47
Top