İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu

REGİON 17 sentyabr 2024, 11:32
İran dövlət televiziyasının "Üfüq" kanalının aparıcısı Hüseyn Hüseyni işdən çıxarılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, ermənipərəst və qatı anti-Azərbaycan mövqeli ekspert Ehsan Movəhhedianın da iştirak etdiyi verilişdə iranlı aparıcı Azərbaycan dövlətini "Şimali Azərbaycan" adlandırıb.

Eyni zamanda, o, Azərbaycanın İranın "keçmiş əziz parçası" olduğunu dilə gətirərək deyib ki, inşallah, tezliklə Azərbaycan İrana birləşər.

Xatırladaq ki, riyakar iranlı aparıcı daha öncə efirdə Azərbaycan telekanalının aparıcısının sözlərini ikiüzlülüklə tənqid edərək demişdi: "azərbaycanlı aparıcı bilməlidir ki, İran hökuməti istəsə, tezliklə dövlət televiziyasında Azərbaycanın hava xəbərlərini yayımlayarıq!"

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 08:34
19 sentyabr 2024, 08:24
Top