Beynəlxalq maliyyə qurumlarının Ermənistana yardımları aidiyyəti üzrə xərclənmir — AÇIQLAMA

GÜNDƏM 13 sentyabr 2024, 17:40
“USAID-in Ermənistana ayırdığı maliyyə yardımını artırması Cənubi Qafqazda gedən proseslərə zərbə vurur. USAID hakimiyyətləri devirmək üçün səylərini gücləndirir, özünə sadiq dairələrə qrantlar ayırır. Sentyabrın 5-də Brüsseldə keçirilən görüşdən sonra USAID-in Ermənistanla əməkdaşlığı genişləndi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. İ.Hüseynov bildirib ki, Ermənistan etiraf etməsə də Brüssel görüşündə hərbi-texniki sahədə əməkdaşlıq da müzakirə olundu:

“ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi artıq Ermənistanda daimi fəaliyyət göstərəcək. Bu, ABŞ-nin geosiyasi maraqlarına xidmət edir. Rusiya hərbçiləri Zvarnots hava limanını tərk edəndən sonra ABŞ təyyarələrlə Ermənistana silah-sursat tədarük etdi. Bu, Azərbaycanın təhlükəsizliyinə təhdiddir.  Beynəlxalq maliyyə qurumlarının Ermənistana yardımları aidiyyəti üzrə xərclənmir, ölkənin hərbiləşdirilməsinə sərf olunur. Hindistan və Fransanın da Ermənistana silah satışı mövcud gərginliyi alovlandırır. Azərbaycan öz suverenliyini, bölgədə sabitliyi təmin edib. Buna baxmayaraq Ermənistanın havadarları bölgədə pozuculuq fəaliyyətlərini davam etdirir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top