Mənşəyi məlum olmayan 263 kiloqram ət aşkarlandı

SOSİAL 11 sentyabr 2024, 19:24
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində fəaliyyət göstərən Əlibəyov Rəşad Şiraslan oğluna məxsus obyektdə yoxlama keçiriblər.

Bu barədə Dmokrat.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, baxış zamanı mənşəyi məlum olmayan, aşkar korlanma əlamətləri olan 263,6 kiloqram heyvan əti aşkarlanıb. Müayinələrin aparılması məqsədilə ətdən nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top