Sadiq Əliyev müdiri işdən çıxardı

SOSİAL 06 sentyabr 2024, 17:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının müdiri işdən çıxarılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin müaviq əmri ilə Bədəlov Emil Veysəl oğlu vəzifəsindən azad olunub. 

O, ötən il sözügedən vəzifəyə təyin edilmişdi. Uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışan Emil Bədəlov ləğv edilən Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialının direktoru vəzifəsində də çalışıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top