Qanlı dava: Yaşlı kişi dostunu bıçaqladı

KRİMİNAL 06 sentyabr 2024, 13:17
Bakının Xətai rayonunda 1959-cu il təvəllüdlü Tahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Elşada xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tahir tanışı Elşad və digər tanışları ilə 7 dekabr 2023-cü ildə saat 20 radələrində Xətai rayonu, Cavanşir küçəsimdə yerləşən “Nar Çiçəyim” kafesinin 2 saylı otağında çay içiblər. 
Bu zaman Elşad ona qarşı xoş olmayan zarafat etməsinə irad bildirərkən aralarında yaranmış mübahisə zamanı sonuncunun ona atmış olduğu, lakin divara dəyərək sınıb döşəmənin üzərinə düşmüş butulka şüşəsinin bir parçasını götürüb və Elşadın sifət, döş və qarın nahiyəsindən vurub. 

Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə baş verən gün tanışları onu kafedə çay içmək üçün dəvət edib: “Elşad öz tanışları ilə gündüz saatlarından etibarən həmin kafedə oturaraq spirtli içki qəbul edibr. Elşadgil olan otağa daxil olduqdan sonra, Elşad stolun üzərində olan butulkanı üstümə atdı. Nəticədə şüşə butulka yerə düşərək sındı. Elşad üzərimə üç ədəd stəkan, bir su və bir araq butulkası atdı. Sonuncu dəfə hücum edərkən əsəbi olduğumdan özümü saxlaya bilmədiyimə görə şüşə parçası ilə onu vurdum. Ətrafında olan şəxslərin heç biri Elşadın mənə qarşı etdiyi hərəkətinə müdaxilə etmədi”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elşadın sözlərinə görə, restoranda Adillə yeyib-içən zaman Tahir də həmin yerə gəlib: “Tahirlə aramızda söz-söhbət oldu. İçkili olduğum üçün Tahirlə bir-birimizi başa düşmədik. Tahir Şaiq adlı şəxslə restorana gəlmişdi. Stolun üzərində olan butulkanı Tahir istiqamətində atdım. Stolun üzərində konyak və su butulkası olub. Bundan sonra otaqda mübahisə yaranmağa başladı. Butulka divara dəyib qırıldıqdan sonra Tahir həmin butulka qırığını əlinə götürdü. Tahirlə uzun müddətdir ki, dostluq münasibətlərimiz olub. Tahirə qarşı hər hansı bir şikayət, tələbim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top