"Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır" — AÇIQLAMA

GÜNDƏM 05 sentyabr 2024, 20:35

“Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir”.

Demokrat.az xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə açıqlamasında qeyd olunub.

“Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.

Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik.

Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir” , -məlumatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 22:49
15 sentyabr 2024, 21:46
15 sentyabr 2024, 20:15
15 sentyabr 2024, 19:59
Top