Yeni tədris ilində Qarabağ və Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başlayır

GÜNDƏM 16 sentyabr 2024, 00:25

Yeni tədris ilində ali təhsil pilləsi üzrə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

Demokrat.az xəbər verir ki, yeni tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq.

2024-2025-ci tədris ilində 295 nəfər “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq. Xatırladaq ki, avqustun 12-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın müddəti 2028-ci ilədək uzadılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top