Hadisə

Yataqxanada yanğın oldu

Yataqxanada yanğın oldu

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində yerləşən 5 mərtəbəli binada yanğın baş verib.

Demokrat.azxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirliyin “112”qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən edilib.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, bu səbəbdən metronun “Nərimanov” stansiyası istiqamətində yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Qısa müddət sonra isə məhdudiyyət aradan qaldırılıb.

Yataqxanada yanğın oldu

NE
Nihadə Eyyubova