Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusu ilə bağlı fövqəladə vəziyyət elan edib. Bildirilirb ki, bu il 14 mindən çox yoluxma və 524 ölüm hadisəsi baş verib. Keçən illə müqayisədə yoluxma və ölüm statistikasında artım var. Ölüm hallarının 96 faizdən çoxu Konqoda qeydə alınıb. ÜST xəstəliyin insanlar arasında daha asan ötürülə bilən yeni mutasiyasının yayılma təhlükəsinin olduğunu qeyd edir. Dünyada yayılan xəstəliklər, pandemiyalar bütün sahələrə təsir edir.
İqtisadiyyata dəyən ziyan ölkələri daha çox narahat edir. Koronavirus pandemiyası ötən illərdə dünya iqtisadiyyatına böyük miqyasda zərər vurdu, hələ də bunun nəticələri davam edir.
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, yeni pandemiya elan olunarsa, iqtisadiyyata mənfi təsir edəcək:
“Bütün ölkələrdə bir-birindən fərqli vəziyyət yarana bilər. İqtisadi vəziyyət hökumətlərin buna reaksiyasından asılı olacaq. Karantin tədbirlərinin hər ölkədə hansı səviyyədə həyata keçirilməsindən asılıdır çox şey. Bundan sonra hansısa mülahizələr irəli sürmək olar. Artıq bir çox ölkələrin pandemiya təcrübəsi var, buna uyğun hökumətlər qərar verəcək.
Pandemiyanın nəticələri iqtisadiyyatın bütün sahələrinə təsir edir. Covid pandemiyasından sonra bütün dünyada inflyasiyadır, qiymət artımından hamı əziyyət çəkir. Pulun dəyəri itib, ərzaq, qeyri-ərzaq məhsullarının, daşımaların, xidmətlərin qiyməti artıb. Eyni nəticələr yenidən bizi gözləyə bilər”.
Törə Zeynallı
Demokrat.az