Tovuzda sürücü idarə etdiyi "Mercedes C Klass" markalı avtomobilini aşırıb.
Hadisə rayonun Xatınlı kəndində baş verib. Qəza nəticəsində avtomobildə olan şəxslərdən birinə abulator yardım göstərilsə də, Vidadi Hüseynov adlı şəxsin vəziyyəti ağırdır.
Onun həkim olduğu deyilir. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın yüksək surət səbəbindən baş verdiyi ehtimal edilir. (Baku.ws)