İsti günlərdə yanğına həssas ərazilər

SOSİAL 19 avqust 2024, 17:47
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 19-20-də respublikanın bəzi  bölgələrində isti hava şəraitinin hökm sürəcəyi  gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Demokrat.az-a bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. 

"Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya   istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır."

N.Mahmudov xidmət tərəfindən
respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb.  

"Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafa, Naftalanda çox yüksək,  Quba-Xaçmaz  bölgəsi üzrə  Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan  bölgəsində  İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində  Lənkəran,  Yardımlı, Astarada  yüksək yanğın təhlükəsi müəyyən edilib."

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 12:00
Top