Sentyabrda kirayə mənzil qiymətləri artacaq — AÇIQLAMA

SOSİAL 16 avqust 2024, 19:19
Artıq bir neçə ildir ki, ölkənin böyük şəhərlərində, xüsusən də  paytaxt Bakı şəhərində danışmaz əmlakların satış qiymətlərində ciddi artımlar müşahidə olunur. Əmlakların satış qiymətləri birmənalı olaraq onların kirayə qiymətlərinə də öz təsirlərini göstərir.Çünki əmlakların kirayə qiymətləri onların satış qiymətlərinin 0.5 %-i ilə ölçülür.  

Bu sözləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə Ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, 2016-cı ildən başlayaraq paytaxt Bakı şəhərində pilot layihələr üzərindən söküntü işləri gedir:

“Yəni istismar müddətini bitirmiş  və qəzalı vəziyyətdə olan binaların söküntü prosesi gedir ki, bu söküntülər səbəbindən də artıq çox sayıda köhnə yaşayış binaları və fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivləri sökülərək yeni binalarla əvəzlənib.  Söküntü zamanı isə artıq həmin binalar söküldükcə, o binalardakı kirayəlik məznillər də kirayə bazarına çıxmış olur. Sökülən hər köhnə çoxmənzilli yaşayış binalarından və fərdi yaşayış evlərinin yerindən inşa olunan yeni tikili binaların mənzillərinin kirayə qiymətləri isə köhnə qiymətlərdən iki dəfəyə qədər daha baha qiymətə təklif olunur. Bu səbəbdən kirayə mənzil bazarında uzun müddətdir ki, qıtlıq müşahidə olunur.  Həmçinin bu da qiymət artımına gətirib çıxarır”.

Ekspert onu da vurğulayıb ki, sentyabrda tələbələrin geri dönüşü ilə əlaqədar kirayə mənzil bazarında yenidən mənzil qıtlığı müşahidə ediləcək:

“Bu isə yenidən qiymət artımına gətirib çıxaracaq. Bu proseslər uzun müddət davam edəcək. Artıq 2040-cı ildə Bakının Baş planı təsdiq ediləcək ki, Baş plana uyğun olaraq paytaxt ərazisindəki çox sayda çoxmənzilli yaşayış binaları yeni tikili binalarla əvəzlənəcək. Bu səbəbdən də, 2040-cı ilə qədər ucuz kirayə mənzillər paytaxt ərazisindən çıxmış olacaq. Düşünürəm ki, bu problemlərin həlli üçün tələbə yataqxanaları yenidən bərpa olunmalı, köhnə yataqxanalar sökülərək, yenisi ilə və daha müasir hündürmərtəbəli yataqxanalarla əvəzlənməlidir. Bu zaman tələbələrin ev problemi həll ola bilər. Bununla da kirayə mənzil bazarında stabillik yarana bilər”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 13:14
Top