"İki həftəyə görə hansısa şadlıq sarayı..." — Noyabrda toylar dayandırılır?

SOSİAL 13 avqust 2024, 13:16
Noyabr ayında ölkədə bir sıra dəyişikliklər olacaq. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Bu səbəbdən məktəblərdə payız tətilinin müddəti uzadılacaq, universitetlər distant təhsilə keçəcək. COP29-un davam edəcəyi müddətdə Bakıda şadlıq saraylarında toyların keçirilməyəcəyinə dair məlumatlar da yayılıb. Bəzi şadlıq evləri həmin tarixlərə sifariş götürmədiklərini açıqlayıb. 

İqtisadçı ekspert Fuad İbrahimov Demokrat.az.-a açıqlamasında şadlıq evlərinin fəaliyyətinin məhdudlaşdırılmasının sahibkarlara müəyyən dərəcədə təsir edəcəyini deyib:



“Şadlıq sarayları toy etməklə xeyir qazanır. Bu gün toy, nişan etmək üçün fasilə verir, ziyana düşmür, amma gəlir də əldə edə bilmir. Bunlar fərqli şeylərdir, yəni itirməsə də, eyni zamanda qazanmır da. Düşünmürəm ki, iki həftəyə görə hansısa şadlıq sarayı böyük ziyan görsün. Pandemiya dövründə vəziyyət fərqli idi, amma indi hesab edirəm ki, digər aylarda şadlıq evlərinin təşkil edəcəyi məclislər COP29-da itirilən günləri kompensasiya edəcək. COP29 ölkəmiz üçün önəmli tədbirdir, yüksək səviyyədə hazırlıq gedir tədbirə uzun zamandır. Buna görə də ölkədə bir müddət bəzi sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq edilməsini anlayışla qarşılamalıyıq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top