"Ödənişi 1880 manat olduğu peşə məktəbləri var..." — Təhsil haqları tənzimlənməlidir

SOSİAL 12 avqust 2024, 13:27
Peşə təhsilində bəzi ixtisaslar ləğv ediləcək. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib ki, peşə təhsili ixtisas təsnifatında bugünkü əmək bazarında ehtiyac duyulmayan bir sıra ixtisaslar təsnifatdan çıxarılacaq. O, Trend-ə özəl müsahibəsində qeyd edib ki, bu il 9 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək: “Peşə təhsili ixtisas təsnifatının dəyişdirilməsi istiqamətində fəaliyyətə başlamışıq. Gələn il peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatları təqdim ediləcək", - deyə C.Kərəmov əlavə edib. 

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə peşə məktəblərində bəzi yeni ixtisasların açılması peşə təhsilinin nüfuzunu yüksəldib. O, Demokrat.az-a açıqlamasında bildirib ki, peşə təhsilinin problemlərindən biri təhsil haqlarının yüksək olmasıdır:



“Peşə təhsilinin inkişafına diqqət artır, rayonlarda, azad edilmiş şəhərlərdə peşə məktəbləri açılır, yeni ixtisaslar tədris edilir. Lakin bəzi peşə məktblərində təhsil haqları həddən artıq yüksəkdir. Ödənişin 1880 manat olduğu peşə məktəbləri var, peşə məktəbi üçün bu məbləğ çoxdur, az qala universitet səviyyəsindədir. Ödənişlər tənzimlənməlidir. Peşə məktəblərində elə ixtisaslar var ki, məzmunu yoxdur, bəzi ixtisasların adı dəyişilməlidir, adlar ixtisasın məzmununu tam ehtiva etmir. Kollec tələbəsi olmaq istəyənlərin çoxu Bakını seçir, rayon peşə məktəblərində boş yerlər qalır. Həvəsləndirmə olmalıdır ki, bir qisim rayonları seçsin. Təhsil və ya yaşayış xərcləri pulsuz olmalıdır, tələbələrin müəyyən ehtiyacları qarşılanmalıdır ki, bölgələrdə də peşə təhsilinə həvəs artsın”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 13:14
Top