“ABŞ Müdafiə Nazirliyi 2023-cü ildə 200-dən çox nüvə silahı əldə edib”.
Demokrat.az xəbər verir ki, bunu ABŞ-ın Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Cil Hrubi deyib.
O qeyd edib ki, keçmiş prezidentlər Barak Obama və Donald Tramp, eyni zamanda hazırkı dövlət başçısı Cozef Bayden administrasiyaları dövründə qoyulmuş investisiyalar nəticəsində Milli Nüvə Təhlükəsizliyi Administrasiyası keçən il Müdafiə Nazirliyinə 200-dən çox modernləşdirilmiş nüvə silahı çatdıra bilib:
“Bu, Soyuq müharibənin bitməsindən bəri ən böyük illik tədarükdür. 2023-cü ilin oktyabrında ABŞ B61 nüvə bombasının yeni modifikasiyasını elan etdi - B61-13. İlk B61-13 silahının 2026-cı maliyyə ilində istehsal olunacağını gözləyirik. Strateji sabitliklə bağlı proqramlar üçün büdcə tələbi təxminən 25 milyard dollar olacaq ki, bunun da 21 milyard dolları nüvə silahları üçün nəzərdə tutulub”.