Əliməmməd Nuriyev namizədliyini geri götürdü

DAXİLİ SİYASƏT 31 iyul 2024, 11:30
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, sabiq deputat Əliməmməd Nuriyev parlament seçkilərində namizədliyini geri götürüb.

Demokrat.az-ın məlumatına görə, bu barədə onun özü məlumat verib.

QHT sədri namizədliyini 75 saylı seçki dairəsindən irəli sürmüşdü. Onun bu dairədə əsas rəqibi tarixçi, VI çağırış Milli Məclisin deputatı Musa Qasımlı idi.

"Fəlaiyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız  müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir.  Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır", - Nuriyev bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top