Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 28-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.
Bəs, Ermənistanın kəşfiyyat uçuşları aparmaqda məqsədir nədir?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında tanınmış hərbi ekspert Telman Qasımov bildirib ki, bu cür kəşfiyyat xarakterli uçuşlarda əsas məqsəd yeni yaradılmış mövqelərimizin, əldə olunmuş yüksəkliklərimizin, yeni postlarımızın koordinatlarını çıxarmaqdır.
Telman Qasımovun sözlərinə görə, COP 29 öncəsi və sülh müqaviləsinin imzalanması ərəfəsində bu cür kəşfiyyat uçuşları ardıcıl şəkildə intensivləşəcək:
“Ermənistan tərəfi sərhəd boyunca artıq ikinci dəfədir həmin o uçuş aparatlarını kəşfiyyata göndərirlər. Bunlar, adətən müharibədən, hücumdan öncə aparılan kəşfiyyat işləridi. Koordinatları çıxarırlar və lazım olanda həmin istiqamətdə hücumlar zamanı istifadə edirlər. “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avronun ayrılması və bunun da xüsusən hərbi məsələlər istiqamətində xərclər üçün nəzərdə tutulması Ermənistanın bir müharibə hazırlığı ərəfəsində olduğunu göstərir.
Bu bir daha onu sübut edir ki, maraqlı olan qüvvələr Azərbaycan və Ermənistan arasında iki tərəfli görüşlərin əleyhinədir. Həmin qüvvələr məsələyə 3-cü və 4-cü tərəfin müdaxilə etməsini istəyirlər. Sübut etmək istəyirlər ki, bu danışıqlar bizim hesabımıza aparıldı. İstəyirlər tarixə düşsünlər ki, bu sülh bizim vasitəmiz ilə imzalanandı.
Bu məsələlər getdikcə daha da güclənəcək. Çünki nə qədər COP 29 yaxınlaşır, sülh danışıqları reallaşmağa doğru gedir. Bu səbədən bizim üçün bu kimi problemlər yaradılacaq. Təbii ki, problem yaradan qüvvələr, Ermənistan tərəfini qızışdıran tərəflər bəllidir. Ermənistan çoxdan müharibəyə hazırlaşır. Uduzan və kapitulyasiyaya uğrayan tərəf olaraq davamlı olaraq silahlanırlar. Müharibəyə hazırlaşmayan tərəf Hindistan və Fransa tərəfindən sürətlə silah sürsat alarmı?.
Təbii ki, Azərbaycan tərəfi də hərbi büdcəsini artırıb. Hərbi arsenalında yeni-yeni silah və texnikaların əldə olunması istiqamətində işlər aparır. Bizim birinci növbədə arzumuz odur ki, regionda sülh olsun. Amma bunu istəməyən qüvvələr hələ də var. Çalışırlar ki, regionu qatıb-qarışdırsınlar. Çox təəssüflər olsun ki, onların içərisində ABŞ və Avropa da var”.
Əfsanə Rəcəb
Demokrat.az