Toydakı məşhur qonaqlara sərvət xərclənib

DÜNYA 27 iyul 2024, 18:10
Hindistanın ən zəngin adamının oğlu Anant Ambani ilə milyarder atanın qızı Radhika Tacirin yeddi aydır davam edən toy şənliklərinin əks-sədası davam edir.

Demokrat.az
xəbər verir ki, nəhayət, bu ay evlənən cütlük toy şənliklərinə 600 milyon dollar xərcləyib. 

Məlum olub ki, onlar dünya şöhrətli qonaqlarının hər birinə 3 milyon dollardan çox hədiyyə üçün pul xərcləyiblər. 

Kim Kardaşyan, Khloé Kardashian, Nik Jonas, Priyanka Chopra və Con Cena kimi məşhur qonaqlar şəxsi təyyarələrlə aparılıb və zinət əşyaları verilib.

Onlar mart ayında onların şənliyində çıxış edən Rihannaya və toydan əvvəl çıxış edən Castin Biberə hərəyə 10 milyon dollar ödəyiblər. 

Andrea Bocelli, Backstreet Boys, David Guetta, Katy Perry və Pitbull da şənliklərdə səhnəyə çıxıblar. Hər bir sənətçiyə bazar dəyərindən 50 faiz yüksək məbləğ verilib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top