İranda 50 dərəcə isti: Tətil elan edildi

DÜNYA 27 iyul 2024, 17:06
İranda havanın temperaturunun yüksəlməsi ilə əlaqədar iyulun 28-də bütün dövlət idarələrində tətil edilməsinə qərar verilib.

Demokrat.az xəbər verir ki, bu barədə “İrna.ir” məlumat yayıb.

Məlumata görə, qərar enerji istehlakını idarə edə bilmək məqsədi ilə alınıb.

Qeyd edək ki, ölkənin bəzi yerlərində havanın temperaturu 50 dərəcəyə çatıb.

Bildirilir ki, eyni səbəbdən iyulun 27-dən İranda dövlət idarələri, banklar saat 10-dan sonra tətilə çıxıb.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top