“İsrailin Xan Yunisə hücumları nəticəsində 182 min insan didərgin düşüb” — BMT açıqladı

DÜNYA 27 iyul 2024, 15:52
İsrailin Qəzza zolağının cənubunda Xan Yunisə qarşı davam edən hücumları səbəbindən təxminən 182 min fələstinlinin didərgin düşdüyü bildirilib.


Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisindən (OCHA) açıqlama verilib və Xan Yunusa qarşı son günlər intensiv hücumların yeni daxili köç dalğasına səbəb olduğu bildirilib.


Həmçinin, açıqlamada qeyd olunub ki, 22-25 iyul tarixləri arasında Xan Yunisin mərkəzi və şərq hissəsindən təxminən 182 min nəfər köç edib.


OCHA-nın işğal olunmuş Fələstin ərazilərindəki humanitar məsələlər üzrə koordinatoru Andrea de Domeniko iyulun 3-də etdiyi çıxış zamanı “Qəzzada hər 10 nəfərdən 9-u ən azı bir dəfə öz evindən didərgin düşüb” deyib.


İsrail ordusu Xan Yunisin şərqində daha əvvəl "təhlükəsiz zonalar" olaraq elan etdiyi bəzi yerlərdə "əməliyyat aparılacağını" bəyan edərək, bölgə sakinlərini təxliyyə etməyə çağırıb.


Təxliyə çağırışından sonra fələstinlilər bölgədən köç etməyə başlayıblar. İyulun 24-də Qəzzadakı hökumətin media idarəsinin sonuncu dəfə açıqladığı rəqəmlərə görə, İsrailin Xan Yunisə qarşı hücumları nəticəsində 129 nəfər ölüb, 416 nəfər yaralanıb.

Zehra Məmmədova
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top