Yaponiyada güclü yağış fəlakəti: Ölənlərin sayı artdı

DÜNYA 27 iyul 2024, 15:34
Yaponiyanın Yamaqata və Akita prefekturalarına yağan leysan yağışları nəticəsində həyatını itirənlərin sayı 2-yə yüksəlib. 

Demokrat.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumata görə, Yamaqata əyalətində bir nəfərin meyiti tapılıb. Tapılan cəsədin seldə itən iki polis məmurundan birinə aid olduğu təxmin edilir. 

Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) dəstəyi ilə itkin düşən 2 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Qeyd edək ki, Yamaqata əyalətində 750 və Akita əyalətində 116 olmaqla ən az 866 tikilinin daşqın səbəbiylə zərər gördüyü müəyyən edilib. 

Zehra Məmmədova
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top