Avstraliyalı idmançı Paris Olimpiadasında iştirak etmək üçün barmağını kəsdi

DÜNYA 27 iyul 2024, 12:10
Avstraliyalı otüstü xokkeyçi Mett Douson Paris 2024-də iştirak etmək üçün sınıq barmağının bir hissəsinin amputasiyasına icazə verib.

Demokrat.az
xəbər verir ki, Mett Douson iki həftə əvvəl komanda məşqi zamanı sağ əlinin bir barmağını sındırıb. 

O, sınığın pis olduğunu və paltardəyişmə otağında barmağını görəndə huşunu itirdiyini deyib. 

Barmağının əməliyyata ehtiyacı olan Dousonun sağalması aylar çəkəcəkdi. 

Olimpiya xəyallarının bitdiyini düşünən Douson təcili olaraq plastik cərrahla məsləhətləşib və cərrah qeyd edib ki, barmağını bərpa etmək üçün əməliyyat olsa belə, tam funksiyasını bərpa edə bilməyəcək.

Bu səbəbdən 30 yaşlı oyunçu Paris Olimpiya Oyunlarında iştirak etmək üçün barmağının müəyyən hissəsini kəsdirmək qərarına gəlib. 

Həyat yoldaşı tərəfindən tələsik bir şey etməməsi barədə xəbərdarlıq edilsə də, Douson həmin gün günortadan sonra şüurlu bir qərar verdiyini söyləyib:

"Karyeramın sonuna əvvəldən daha yaxınam və kim bilir, bu mənim son Olimpiadam ola bilər və əgər hələ də özümü ən yaxşı şəkildə çıxış edə biləcəyimi hiss edirəmsə, bunu edəcəm. Əgər ödəməli olduğum bədəl barmağımın üstünü götürməkdirsə, mən bunu edəcəm".

Əfsanə Rəcəb
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top