Nigeriyada mina partladı: 7 hərbçi öldü

DÜNYA 27 iyul 2024, 09:20
Nigeriyanın şimal-şərqində yolda minanın partlaması nəticəsində azı 7 əsgər həlak olub.

Demokrat.az
axar.az-a istinadən xəbər verir ki, bu barədə "Rötyers" məlumat yayıb.

Bildirilib ki, Borno əyalətində Monquno və Baqa yaşayış məntəqələri arasındakı yolda bir hərbi maşın partladılıb. Hərbçilər patrulun heyətində olublar.

Qeyd edək ki, Borno əyalətində bir neçə ekstremist qrup fəaliyyət göstərir. Onların ən böyüyü Boko Haramdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top