Obamadan bütün dünyanın gözlədiyi bəyanat gəldi

DÜNYA 26 iyul 2024, 19:59
ABŞ-ın keçmiş prezidenti və Demokratlar Partiyasının önəmli simalarından olan Barak Hüseyn Obama uzun müddət susduqdan sonra öz partiyasının namizədi Kamala Harrisə dəstək bəyanatı verib.

Demokrat.az xəbər verir ki, Kamala Harris üçün seçki kampaniyası aparacaqlarını deyən Obama bu barədə rəsmi sosial media hesabından açıqlama verib. 

Obama həyat yoldaşı Mişel Obamanın da onu dəstəklədiyini bildirib və “O, möhtəşəm bir ABŞ prezidenti olacaq” deyib:

“Bu həftənin əvvəlində Mişellə dostumuz Kamala Harrisə zəng etdik. Ona mötəşəm bir ABŞ prezidenti prezidenti olacağına inandığımızı və bizim hərtərəfli dəstəyimizi aldığını döylədik. Ölkəmiz üçün bu kritik anda biz onun noyabrda keçiriləcək seçkidə qalib gəlməsinə kömək etmək üçün əlimizdən gələni edəcəyik”.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top