"Beril"qasırğası 36 nəfərin həyatına son qoydu

DÜNYA 26 iyul 2024, 18:47
İyulun 8-də ABŞ-ın Texas sahillərini "1-ci kateqoriya" intensivliyi ilə vuran Beril qasırğası nəticəsində ölənlərin sayı 36-ya yüksəlib.

Demokrat.az xəbər verir ki, qasırğanın gətirdiyi güclü külək və yağışlar səbəbiylə Texasın bəzi bölgələrində küçələr su altında qalıb və 3 milyon insan günlərlə elektrik enerjisində problemlər yaşayıb.

Qasırğa səbəbindən ştatın hər yerində, xüsusilə Hyuston şəhərində çoxlu ağac yollara aşıb, çoxlu sayda ev və iş yerinə ziyan dəyib. 

Səlahiyyətlilər qasırğa nəticəsində ştatda 9, Fort Bend qraflığında 9 və Hyustonda 11 nəfərin, ümumilikdə, 36 nəfərin öldüyünü bildirib. 

Texasda elektrik paylayıcı şirkətin günlərlə davam edən elektrik kəsilməsini aradan qaldıra bilməməsinin səbəbi ilə bağlı araşdırmaya başlamaq üçün ştatın qanunverici orqanında komissiya yaradılıb.

Qasırğadan sonra Hyustondakı iki hava limanında 1000-dən çox reys ləğv edilib.

Texas sahillərində yaşayan insanlar evlərinin və iş yerlərinin pəncərələrini lövhələrlə örtərək qasırğaya qarşı tədbir görüblər. 

Zəhra Məmmədova
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top