Yupiterdən 6 dəfə böyük olan yeni planet kəşf edildi

DÜNYA 26 iyul 2024, 18:22
Kütləsi Yupiterdən altı dəfə böyük olan yeni planet kəşf edilib. 

Demokrat.az xəbər verir ki, bu planet Ceyms Uebb Kosmik Teleskopu ilə birbaşa təsvir edilən ilk ekzoplanetdir.

Maks Plank Astronomiya İnstitutunun rəhbərlik etdiyi komanda Hind bürcündə Yerdən 11,83 işıq ili uzaqlıqda yerləşən narıncı əsas ardıcıllıq ulduzu olan Epsilon İndidəki bir ulduzun ətrafında fırlanan yeni ekzoplanetin şəklini çəkib. 

Araşdırmanın nəticələri iyulun 24-də Nature jurnalında dərc olunub.

Almaniyadakı Maks Plank Astronomiya İnstitutundan astronom Elizabet Metyus “Bu planet soyuq planetdir” dediyi halda, Stokholm Universitetindən astronom Markus Yanson “Əgər bu realdırsa, planet indiyə qədər təsvir edilən ən qədim və ən soyuq planetdir” deyib.

İndiyə qədər yalnız bir neçə onlarla ekzoplanetin birbaşa təsviri aparılıb. Bu, adətən, planetlərin ulduzlarının parlaq işığının qarşısında görünəcək qədər isti və parlaq olması ilə əlaqədardır.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top