Təyyarə uçuş-enmə zolağından çıxdı — 18 nəfər öldü

DÜNYA 24 iyul 2024, 18:08
Nepalın paytaxtı Katmanduda təyyarənin uçuş zamanı eniş zolağına sürüşməsi və qəzaya uğraması nəticəsində 18 nəfər həyatını itirib. 

Demokrat.az xəbər verir ki, içərisində 19 nəfərin olduğu təyyarə havaya qalxarkən sürüşərək Tribhuvan beynəlxalq hava limanında qəzaya uğrayıb. 

Tribhuvan Beynəlxalq Hava Limanının sözçüsü Subaş Jha verdiyi açıqlamada Saurya aviaşirkətinə məxsus təyyarədə olan 18 nəfərin cəsədinin tapıldığını və pilotun xəstəxanaya aparıldığını bildirib.

“The Kathmandu Post”a danışan hadisə şahidləri bildiriblər ki, təyyarə uçuş-enmə zolağının cənub hissəsindən havaya qalxıb və qanadının ucu yerə dəyən zaman qəfil aşıb.


Zehra Məmmədova
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top