Qərbi Afrika ölkəsi olan Malinin Bankass şəhərinin Dembo kəndinə silahlı hücum olub.
Demokrat.az xəbər verir ki, hücum nəticəsində 26 nəfər həlak olub.
Şəhərin meri Moulaye Guindo bildirib ki, hücum edənlər bazar günü axşam saatlarında kənd təsərrüfatı sahələrində işləyən kəndlilərə atəş açıblar.
Guindo hadisə ilə bağlı bölgəyə əsgərlərin göndərildiyini bildirib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Malinin Mopti bölgəsində iyulun 1-də silahlı basqın zamanı azı 40 nəfər həyatını itirmişdi.
Əfsanə Rəcəb
Demokrat.az