Qarabağa qanunsuz gələn “arzuolunmaz şəxslər” — XİN-dən AÇIQLAMA

QARABAĞ 23 iyul 2024, 11:34
Prezident İlham Əliyev ötən gün "“ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, əcnəbilərin “ASAN Viza” sistemi vasitəsi ilə elektron viza alması üçün tələb olunan məlumatların siyahısında dəyişiklik edilib.

Beləliklə, artıq əcnəbilərdən sistemə Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının keçmiş "Dağlıq Qarabağ" bölgəsinə və digər rayonlarına 1991-ci ildən sonra səfər edib-etmədiyi barədə məlumat daxil etməsi tələb olunmayacaq.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu sənədə görə, Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər"in siyahısına daxil etdiyi əcnəbilərin bundan sonra Azərbaycan Respublikasına giriş-çıxışının necə ola biləcəyi maraq doğurur.

Demokrat.az xəbər verir ki, XİN-in mətbuat katibi Ayxan Hacızadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, "arzuolunmaz şəxslər" siyahısı qüvvədədir:

“Bu bölmənin müraciətdən çıxarılması, "arzuolunmaz şəxslər"lə bağlı siyahının nəzərə alınmaması anlamına gəlmir. Vaxtilə Qarabağa və işğal altında olmuş digər bölgələrə qanunsuz səfər edən şəxslər siyahıdan bəllidir. Siyahı qüvvədən düşməyib”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top