Son günlər Ermənistanda süni ajiotaj yaşanır. Təbliğat ruporları israrla iddia edirlər ki, Azərbaycan Zəngəzur dəhlizinin açmaq üçün hücuma keçəcək. İstisna deyil ki, bu, Ermənistanda çoxlarının arzu-istəyidir, bəlkə elə Nikol Paşinyanın özünün də...
Nədən ki, Paşinyan çətin durumda qalıb, “Zəngəzur” deyən kimi Makron bir tərəfdən, ABŞ digər tərəfdən, ölkədəki radikallar da o biri yandan “ağzından vurur”, imkan vermir ardını gətirsin. Əgər Nikol Zəngəzur dəhlizini açmaq niyyətində deyildisə, o halda 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyannaməni niyə imzalayırdı ki?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı bəyanatın sonuncu – 9-cu bəndini bir daha xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Əslində, Nikol Paşinyan özü də anlayır ki, kommunikasiyaların açılması Ermənstanın özünün maraqlarına tam cavab verir, ölkəsi künc-bucaqdan çıxacaq, İran adlı “nəfəslik”dən, Gürcüstanın ilin yarısı havadan asılı qalan Yuxarı Lars keçid məntəqəsinin ümidinə qalmayacaq. Amma addım ata bilmir, aça bilmir. Nə baş verir?
Görün iş nə yerə çatıb ki, Ermənistan Rusiyalı nazir Sergey Lavrovun Zəngəzur dəhlizi barədə bəyanatından “təəssüflənib”. Lavrov demişdi ki, “Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçən kommunikasiyaların açılmasına gəldikdə, üzərində Baş nazir Nikol Paşinyanın imzası olan razılaşmanı məhz Ermənistan rəhbərliyi sabotaj edir”. Təsəvvür edin, damarlarında “erməni qanı axan” Lavrov-Kələntəryan belə reallığı açıq dilə gətirir və qandaşlarını ağıllı yol tutmağa dəvət edir. Ermənistan xarici işlər nazirliyinin sözçüsü Ani Badalyan isə əvəzində deyib: “Sözügedən Bəyanatda Rusiya imzası olmasına baxmayaraq, bir dənə də olsun pozulmamış müddəa yoxdur və bu, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində Rusiyanın iştirakını şübhə altına alır”.
Bu yaxınlarda məlum oldu ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin - yolun məsələsi - Zəngəzur dəhlizinin açılması barədə müzakirələr sülh müqaviləsindən çıxarılıb. Hər halda bu, Bakı və İrəvan tərəfindən təsdiqləndi. Azərbaycan üçün Zəngəzur dəhlizi vacib məsələdir, bunu həm beynəlxalq hüquq, həm də Azərbaycan dövlətinin vətəndaşlarının haqqı, mənafeyi tələb edir. Necə ola bilər ki, ölkənin vətəndaşı öz evinə quru yolla gedə bilməsin və bu on illərlə, hətta sülh müqaviləsinin imzalanması prosesində də baş verməsin? Özü də Ermənistan o ölkədir ki, Azərbaycanın tarixi torpaqlarında yaradılıb və üstəlik, daha iki il keçəndən sonra Naxçıvan bölgəsi ilə Azərbaycanın əsas hissəsi arasında əlaqə kəsilib, Zəngəzurun qərb hissəsi də Azərbaycan xalqının iradəsinə zidd olaraq, hər hansı referendum, sorğu keçirmədən qoparılaraq Ermənistana birləşdirilib.
Sosial şəbəkədə Naxçıvan əsilli siyasətçi Elxan Şükürlünün paylaşımı diqqətimi çəkdi. Elxan bəy paylaşdığı fotonun fonunda yazır: “Bizim camaat hələ də böyük ümid və intizarla, bax, bu arxada gördüyünüz yolun tezliklə açılacağını gözləyir. Kəndimizin tən ortasından keçərək, Aralıq dənizi sahillərinədək gedib çıxan bu yol Naxçıvan Muxtar Respublikasını Şərqi Zəngəzura bağlayan ən qısa avtomobil yollarından biri, həm də dağılmayanı, işlək vəziyyətdə olanıdır. Yalnız hazırki Ermənistan ərazisinə keçid hissəsini təhlükəsizlik məqsədiylə qazıblar ki, onun da bərpası bir neçə saatlıq işdir...Bu yol təkcə bizim kəndin yox, bütövlükdə Şahbuz rayonunun həyat yolu sayılır. SSRİ dağılanadək, bizim camaat daha çox bu yolla Azərbaycanın əsas hissəsiylə əlaqə saxlayıb. Ermənilərin yolumuzu bağlaması bizi Azərbaycanımızın əsas hissəsindən ayrı salmaqla yanaşı, əhalinin buradan kütləvi köçünün, Muxtar Respublikanın sürətlə boşalmasının da ən ciddi səbəblərindən biridir. Yalnız təyyarə və İran üzərindən məhdud gediş-gəliş ümidinə qalan Naxçıvan camaatı quru yolunun olmaması səbəbindən təkcə gənc və aktiv insan təbəqəsini yox, həm də çoxəsrlik adət-ənənələrini sürətlə itirməkdədir...Naxçıvanı xilas etmək, əhalinin geriyədönüşünü təmin etmək və adət-ənənələrini yaşatmaq istəyiriksə, nəyin bahasına olursa-olsun, mütləq "Zəngəzur dəhlizi"ni - bizi Vətənimizin əsas hissəsiylə bağlayan bütün quru yolları açmalı, əhalimizin maneəsiz öz ata-baba yurdlarına gediş-gəlişini təmin etməliyik! İndi Naxçıvana yolların açılması Azərbaycan hərbçisi, diplomatı və siyasətçisinin ən ümdə vəzifəsi olmalıdır!”
Elxan Şükürlünün fikirlərinə tamamilə qatılıram. Görün 90-cı illərin əvvəllərindən bu günədək davam edən blokada Naxçıvan əhalisinə nə qədər zərbə vurub. İnsanlar ölülərinin dəfninə belə, yetişə bilməyib, Bakıda rəhmətə gedənlərini öz kəndinin qəbiristanlığında dəfn etməkdən məhrum olub. Təsəvvür edin ki, eyni durumu Azərbaycan Ermənistana, onun əhalisinə yaşatsaydı, məsələn, Mehri, Qarakilsə, Gorus, Qafan bölgəsinin əhalisi İrəvana ancaq təyyarə ilə gedib-gəlməyə vadar olsaydı, Makron Fransası, ABŞ-dəki erməni lobbisi, Ermənistanın özü hansı həyasızlıq nümayiş etdirirdi?! Azərbaycan işğaldan, terrordan on illərlə əziyyət çəkib, yüz milyardlarla dollar zərər çəkib, vətəndaşları didərgin düşüb, həmçinin Naxçıvan bölgəsi blokada nəticəsində ağır məhrumiyyətlərə düçar olub. Bu gün müharibə yoxdur, elə isə yollar niyə açılmamalıdır?! Kərki kəndi, həmçinin Qazaxın 3 anklavı niyə dərhal qaytarılmamalıdır?! Ermənistan nəyi gözləyir, Azərbaycanın hücumunu?!
Zəngəzur dəhlizindən imtina etmək mümkün deyil, bu dəhliz açılacaq, tarixi ədalət bərpa olunacaq! Bunu qardaş Türkiyənin maraqları da tələb edir. Həmçinin Turan qapısı sülh qapısı olmalıdır. Ermənistan bizim tarixi ərazilərimizdən bizə keçid izni verməyəcəksə, o halda sülh də olmayacaq, bilməlidir! Zəngəzur bölgəsini hərbiləşdirməyə cəhd göstərənlər də odla oynayırlar. Zamanında Qarabağın azadlığını da əngəlləməyiə çalışırdılar, arzuları gözlərində qaldı.
Həm də biz dövlətimizin başçısına inanırıq, güvənirik. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində demişdi: “Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur”. Bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapdığını qeyd edən cənab Prezident ardınca demişdi: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”. Prezident bildirmişdi ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir: “Ancaq bu, bizi dayandırmayacaq. Yəni bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”.
Aydın oldumu? İlham Əliyev dedisə, olacaq! Əksini iddia edənlər uduzacaq, növbəti səhvə yol verəcəklər.
Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaq! Azərbaycan sülhə sadiq olduğunu dəfələrlə bəyan edib, yenidən müharibə istəmir. Odur ki, yaxşısı budur Ermənistan ABŞ-Fransanın hərbi maraqlarına özünü qurban vermək əvəzinə, dəhlizi dinc yolla açsın... (Musavat.com)