“4 minə yaxın vakant yer müsabiqəyə çıxarılacaq” — Ekspert

GÜNDƏM 19 iyul 2024, 19:14
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib. Beləki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Hazırda, sentyabrda həmin yerlər üzrə 4 minə yaxın vakant yer olacaq. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, həmin vakant yerlər yeni imtahan verən namizədlər üçün müsabiqəyə çıxarılacaq:

“Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada müəllimlərin işə qəbul imtahanı həyata keçirilir. Burda da hər il demək olar ki, 50-60 min nəfər müraciət edir. Təxminən, 8-9 min, bəzi hallarda 9 min üzəri vakant yerlər olur. İndi hal-hazırda 4 mindən çox sertifikasiyadan keçməyən müəllim var. Onlar müvafiq müsabiqə şərtlərini ödəməyiblər. Onların yerinə mərkəzləşmiş qaydada keçirilmiş müəllimlərin işə qəbul imtahanında, hansı ki o imtahanlar da başa çatıb. Yaxın günlərdə onların vakant yerlər üzrə müsabiqəsi başlanacaq. Həmin vakant yerləri təbii ki, yeni imtahan verən şəxslər tutacaq. Sertifikasiyadan keçməyən müəllimlər müvafiq dövr ərzində yenidən özlərini inkişaf etdisələr, o zaman prosesə qayıda bilərlər. Amma ümumilikdə onların əmək müqavilələrinə xitam verilib”. 

Əfsanə Rəcəb
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 sentyabr 2024, 23:31
Top