"Data mərkəzlərin sayı artırılmalıdır" — Provayderlərin üzərinə hansı iş düşür?

İKT 19 iyul 2024, 11:25
 Xəbər verdiyimiz kimi, Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom" və “Bakı Telefon Rabitəsi” MMC-lər avqustun 15-dən genişzolaqlı internetin tariflərinə dəyişiklik edəcəklər.

Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov Demokrat.az-a açıqlamasında Azərbaycanda internetin sürətinin zəif olduğunu dedi: 

“Qiymətlər qalxır, amma keyfiyyət artmayıb. Hər zaman baş verən haldır. Azərbaycanda internetin sürəti zəif olsa da provayderlər müəyyənləşdirdiyi qiymət qarşılığında Azərbaycanın potensialına uyğun maksimum sürəti təmin etmir. Düşünürəm ki, qiymətlər qalxacaqsa, internetin sürəti və keyfiyyəti də artırılmalıdır. Bütün dünyada devalvasiya baş verir, qiymətlər qalxır. Lakin paralel olaraq keyfiyyət də yaxşılaşmalıdır. Azərbaycandakı data mərkəzlərin sayı çoxaldılmalıdır, hər bir provayder öz data mərkəzlərini artırmalıdır. Yeni qurğular, avadanlıqlar alınmalıdır. Ölkədə internetin sürətini artırmaq üçün lazımi tədbirlər görülməlidir”.

Qeyd edək ki, yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif ediləcək.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
Top