Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə enerji bazarındakı vəziyyətlə bağlı telefon danışığı həyata keçirib.
Demokrat.az xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin və Salman telefon danışığında Rusiya ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan dostluq münasibətlərində əldə olunan səviyyəni yüksək qiymətləndiriblər.
Görüşdə iki ölkə arasında siyasi, ticarət, iqtisadi və enerji sahələrində əməkdaşlığa dair bir sıra cari məsələlərə toxunulub, enerji bazarında sabitliyin təmin edilməsi üçün OPEC+ çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin vacibliyinə diqqət çəkilib.
Görüş zamanı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Əfsanə Rəcəb
Demokrat.az