“Gürcüstan-Azərbaycan sərhədində baş verən zəlzələ səthə yaxın zəlzələ idi. Buna görə də Gəncəyə qədər bir neçə rayonda hiss olundu”.
Bunu Demokrat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin nəzdində Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsinin struktur bölməsinin müdiri seysmoloq Qulam Babayev deyib. Onun sözlərinə görə, şimalda Zaqatala zonası da seysmik zonadır:
“Əvvəlki açıqlamalarda dediyim fikirlər öz təsdiqini tapır. Yaxın seysmik aktiv zonaların yenidən aktivləşməsi istisna deyil. Şəkidə, Oğuzda, Kiçik Qafqazın şimal yamacında, Gəncə ətrafında ocaqlar aktivləşə bilər. Sərhəddə yenidən güclü zəlzələnin ocağı istisnadır, amma afterşoklar olacaq. Bu il zəlzələ ocaqları aktivdir və bu aktivlik davam edəcək.
Dağıdıcı zəlzələnin olmasını gözləmirəm. Hiss olunmayan zəlzələlər hər zaman qeydə alınır. Hiss olunan zəlzələlər bugünkü kimi baş verir, 4, 4,5, 5 maqnitudalı zəlzələlər olur. Burada dərinlik rol oynayır, səthə nə qədər yaxın baş verirsə, bir o qədər çox hiss olunur. Güclü zəlzələlərin baş verməsi isə istisnadır. Azərbaycanda bu il ərzində hiss olunan zəlzələlərin baş verməsi davam edəcək”.
Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Törə Zeynallı
Demokrat.az