Biz heç şübhəsiz ki, İslam dünyasının bir parçasıyıq. Azərbaycan tarixdə qazandığı nailiyyətləri ilə bir çox ilklərə imza atıb. Biz bu gün haqlı olaraq ilk dəfə qadınlara səsvermə hüququ verilən ölkənin vətəndaşları olmaqdan qürur duyuruq.
Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans çərçivəsində keçirilən panel iclasda səsləndirib.
Şərqdə ilk qadın opera bəstəkarının, ilk təyyarəçi xanımın, ilk qadın kinorejissorun azərbaycanlı olduğunu xatırladan komitə sədri bunun Azərbaycan qadınının İslam dünyasında mütərəqqi ənənələrin inkişafına önəmli töhfələr verdiyini təsdiqləyən faktların yalnız bir hissəsi olduğunu bildirib. Deyib ki, bu, həmçinin xalqımızın böyüklüyünü, müdrikliyini, ümumbəşəri dəyərlərə bağlılığını göstərir.
İşğala son qoyduqdan sonra dövlətimiz azad olunmuş torpaqlarda xariqələr yaratdığını söyləyən R.Məmmədov Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərində ən həssas istiqamətlərdən birinin tarixi, dini və mədəniyyət abidələrinin bərpası olduğunu söyləyib. Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işlərinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.