Son günlər yenə ətin qiymətində artım müşahidə olunmaqdadır. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən ət bahalaşıb. Əslində, Məhərrəm ayı ilə əlaqədar toy mərasimlərinin olmamasını nəzərə alsaq, belə bir vaxtda ətin qiyməti aşağı düşməlidir.
Bəs, ətin qiymətinin artmasına səbəb nədir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, tələbatın azaldığı dövrdə ətin qiyməti bahadırsa, deməli ölkədə kritik ət çatızmazlığı var.
Akif Nəsirli qeyd edib ki, heyvandarlığın inkişaf etdirilməsi üçün şərait yaradılmalıdır:

“Ətin bahalaşmasının 1 nömrəli səbəbi ətin qıtlığıdır. Qurban bayramında ətin qiyməti bahalaşdı, quzu ətinin qiyməti 20-21 manat, bəzi yerlərdə 22 manat və daha baha oldu. Amma qiymətlər yenidən məcrasına qayıdanda artıq 18 manata qayıtmadı, yəni qaldı 19-19,50 manatda. Bunun da səbəbi ancaq ölkədə ətin qıtlığı və baha başa gəlməsi ilə bağlıdır. Əslində indi yay ayıdır, ətə tələbat aşağı düşüb. Məhərrəm ayının gəlməsi ilə şadlıq saraylarında toy mərasimləri bir müddət dayanıb. Hava istidi deyə çox adam ət yemək istəmir. Tələbat aşağı düşdüyünə görə bu dövrdə ətin qiyməti bir qədər də aşağı düşməlidi. Bundan başqa, idxal əti yerli əti əvəz edə bilmir. Hər kəs təzə ət istəyir, dondurma əti istəmir. Ona görə də qiymətlər get-gedə qalxır. Bunun qarşısını almaqdan ötrü hökumət düşünməlidir”.
Akif Nəsirli makroiqtisadi göstəricilərə nəzarət edən mütəxəssislərin hara baxdığını anlamadığını bildirib:
“2015-ci ildən başlayaraq fermaların əlində olan torpaqları boşaldaraq pambıq əkdilər. Yonca sahələrini pambıqla əvəz etdilər. 100 illərlə əkilməyən torpaqları hansı ki, orda örüş sahələri vardı, pambıq əkdilər. İndi heyvanı saxlamağa yer yoxdur. Hazırda heyvan saxlayanlar qapalı şəraitdə saxlayır. Qapalı şəraitdə də hevan əti baha başa gəlir. Buna ot, yem vermək lazımdır. Əvvəl heyvan örüşdə otlayırdı, axşam gələndə ona yem verirdilər. Amma indi qapalı şəraitdə ona daim ot, yem vermək, onun altını-üstünü təmizləmək lazımdır. Bunlar hamısı xərcdir. Bu xərc də ətin üstünə gəlir. Ona görə də ət həm qıtdır, həm də baha başa gəlir. Maya dəyəri artıb. Ətin qiyməti artıb və artmağa da davam edəcək.
Biz pampıq istehsalından ölkəyə 150-200 milyon valyuta gətiririk. Amma məsələ burasındadır ki, ərzaq məhsulları idxal etməkdən ötrü 3-4 milyard dollar pul xərcləyirik. O pambığın yerinə yerli tələbat məhsulları yetişdirilsə, 2-4 milyard idxala sərf etmərik. Mən başa düşmürəm ki, makroiqtisadi göstəricilərə nəzarət edən mütəxəssislər hara baxır?”
Əfsanə Rəcəb
Demokrat.az