Vətəndaşların siyasi mədəniyyət səviyyəsinin, siyasi fəallığının artırılmasında seçkilər mühüm əhəmiyyət daşıyır. Seçkilərin istənilən forması – bələdiyyə seçkilərindən tutmuş, prezident seçkilərinə, istərsə də refendumlar və ya konstitusion dəyişikliklər ümumilikdə ictimaiyyətdə sosial və siyasi aktibliyin artmasına səbəb olur. Cəmiyyətdə canlanma əmələ gəlir, vətəndaşlar hüquqlarını və hüquqlarından istifadəni öyrənirlər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə dəfələrlə seçkilər keçirilib. Hər növbət seçki prosesi özüylə yeniliklər, müasir seçki metodlarından istifadəyə səbəb olub, demokratik seçki prinsipləri getdikcə daha da möhkəm formalaşıb. 2024-cü il Azərbaycan dövlətçilik tarixində həm də seçkilər ili kimi qalacaq. 2024-cü il fevralın 7-də bütün ölkə ərazisində nöbvədənkənar prezident seçkiləri keçirildi. Bu seçkini xüsusi əhəmiyyətli edənsə ərazi bütövlüyü tam təmin edilmiş ölkədə keçirilməsi idi. Sentyabrın 1-də isə ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hazırda seçkilərə hazırlıq mərhələsidir. Məlumdur ki, dövlət hakimiyyətinin və yerli özünüidarə orqanlarının yalnız xalqın iradəsi əsasında təşkil edilməsi və fəaliyyət göstərməsi cəmiyyətdə siyasi sabitliyə təminat verir, cəmiyyətdə milli özünüdərk hisslərini inkişaf etdirir. Bütün bunlar isə seçki hüququnun vətəndaşların digər konstitusion hüquqları içərisində xüsusi yerə malik olduğunu göstərir. Ölkəmizdə həyata keçirilən konstitusion hüquqi islahatlar nətisəsində insan hüquq və azadlıqlarının, o cümlədən vətəndaşların seçki hüququnun daha səmərəli həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb.
Azərbaycan xalqı öz müqəddəratını müəyyən etmək hüququnu bilavasitə ümumxalq səsverməsi (referendum) və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Seçkilərdə iştirak etməklə xalq onu təmsil etmək hüququnu seçdiyi şəxslərə verir. Azərbaycan Respublikasında vətəndaşların seçkilərdə iştirakı azad və könüllülük prinsipinə əsaslanır. Qeyd edək ki, beynəlxalq prinsiplərə əsasən seçkilər bəzi ölkələrdə hüquq, bəzi ölkələrdə isə vəzifə kimi müəyyənləşdirilib. Seçkilərin vəzifə kimi müəyyən edildiyi ölkələrdə seçkilərdə iştirak məcburidir və seçkilərdə iştirak etməyən vətəndaşlar üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirləri tətbiq edilir. Ölkəmizdə isə seçki vətəndaşların hüquqları kimi müəyyənləşdirildiyindən seçkilərdə iştirak könüllüdür, iştirak etməyən vətəndaşlar üçün heç bir məsuliyyət nəzərdə tutulmayıb. Beynəlxalq təcrübədə seçkilərin hüquq kimi müəyyənləşdirilməsi adətən, seçki mədəniyyətinin yüksək inkişaf etdiyi cəmiyyətlərdə tətbiq edilir. Bu isə o deməkdir ki, insanlar seçkilərdə iştirakı cəmiyyətin və dövlətin idarəetməsində bilavasitə iştirak kimi dərk edir, məsuliyyəti könüllü olaraq qəbul edirlər. Seçkilərə hazırlıq mərhələsində dairə seçki komissiyalarının sədrləri üçün müşavirələr keçirilir. Mərkəzi Seçki Komissiyasında keçirilən növbəti müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov parlament seçkilərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bundan öncə prezident seçkiləri suveren Azərbaycanın bütün ərazilərində keçirildiyindən Zəfər seçkisi adlandırılıb: "Parlament seçkiləri də Azərbaycanın bütün ərazilərində keçiriləcək və olduqca vacib prosesdir".
MSK sədri həmçinin bildirib ki, seçkini müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir: “Məhz Prezidentin tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Dünyanın istənilən nöqtəsindən MSK-nın saytında seçkiləri veb-kameralar vasitəsilə izləmək olur və veb-kameralar vasitəsilə seçkiləri müşahidə edənlərin sayı da ildən-ilə artır. Tələbləri pozan seçki komissiyalarını cəzalandıracağıq”. Məzahir Pənahovun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, seçkilərdə media subyektləri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işıqlandırılması prosesinə sərbəst şəkildə qoşulurlar. MSK sədri bildirib ki, parlament seçkilərinin keçirilməsi üçün ölkəmizdə 125 seçki dairəsi üzrə 6400-dən artıq seçki məntəqəsində şərait yaradılır: “Ötən prezident seçkilərində işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. Parlament seçkilərində isə seçki məntəqələrinin sayı artacaq və seçkilər daha geniş tərkibdə keçiriləcək".
Parlament seçkilərinə hazırlıq mərhələsini Demokrat.az-a dəyərləndirən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə qeyd etdi ki, parlament seçkilərinin indi ilkin mərhələsi olduğundan sosial aktivlik hələ ki zəifdir:
- Ölkə sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlaşır. İlkin mərhələdə seçki ilə bağlı proseslər bütün sektorları aktiv şəkildə əhatə etmir. Çünki bu ilkin mərhələdə əsasən namizəd olacaq şəxslər, parlamentdə təmsil olunmaq istəyənlər, siyasi-ictimai xadimlər fəallıq nümayiş etdirir. Demokratik prinsipləri əsas götürən ölkələrdə seçkilərdə əsas meyar şəffaflığın təmin edilməsidir. Ölkəmizdə bu istiqamətdə ildən-ilə irəliləyişlər var. Müvafiq səlahiyyətli şəxslər tərəfindən ötən illərdə baş vermiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib. Bu da ümumi seçki prosesi ilə bağlı siyasi iradəni ifadə edir. Ümumilikdə isə seçki mühitinin qiymətləndirilməsi zamanı bir neçə məqama diqqət yetirmək lazımdır. Onlardan biri seçkilərin keçirilməsinin beynəlxalq standartlara uyğunluğudur. Bu məqsədlə Azərbaycanda müxtəlf mexanizmlər yaradılıb. Seçkiyə gedən şəxslərin, seçicilərin şəffaf barmaq izlərinn alınması mexanizmi tətbiq olunur. Seçki məntəqələrində müşahidə kameraların quraşdırılması təmin edilir. Beynəlxalq və xarici müşahidəçilər seçkini izləmək üçün dəvət olunur. Bir neçəsi müşahidədə iştirakla bağlı artıq öz razılığını bildirib. Ölkəmizdə seçki qanunvericiliyi də daim təkmilləşdirilir. Ötən illərdə müəyyən nöqsanlara yol verənlər seçki prosesindən uzaqlaşdırılır. Ümumiyyəltə, hesab edirəm ki, seçki maraqlı məqamlarla yadda qalacaq. Seçki mühitini şəxsən müsbət qiymətləndirirəm. Bu seçkiləri əvvəlkilərdən fərqləndirən cəhətlərdən biri də budur ki, əvvəllər elektoratı olmayanlar da seçkilərdə iştiraka can atırdılar. Hər kəs namizəd olmaq istəyirdi. Bu nümunələr artıq aradan qaldırılıb. Bu da yaxşı haldır. Seçkilərdə medianın, ictimaiyyətin fəal iştirakı üçün də imkanlar genişdir. Kifayət qədər media subyektləri fəaliyyət göstərir. Düzdür, bəzən beynəlxalq təşkilatlar iddia edir ki, dövlət tərəfindən maliyyələşən media qurumları siyasi məsələlərdə ehtyatlı mövqe sərgiləyir. Amma deyərdim ki, müstəqil formada maliyyə mənbələri olan xeyli media subyekti mövcuddur. Azərbaycan dilində yayımlanan xarici media subyektləri də var ölkədə. Ötən illərdə biz seçkilərlə bağlı media platformalarının yaradıldığının şahidi olmuşuq. Yəqin ki bu istiqamətdə bu il də eyni addımlar atılacaq. Parlament seçkiləri də Prezident seçkiləri kimi daha mühüm bir məqamla yadda qalacaq. Bu da Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra keçirilən ilk parlament seçkiləridir. Bu fakt çox böyük əhəmiyyət kəsb edir. Vətəndaşların ruh yüksəkliyi seçici fəallığını daha da artırır. Biz bunu Prezident seçkilərində də gördük, parlament seçkiləri də inanıram ki belə olacaq. Müsbət mənəvi məqamlar insanlar üçün çox əhəmiyyətlidir. Parlament seçkiləri də bütün ölkə ərazisində keçiriləcək. Bu da seçkilərin əhəmiyyətini xeyli artıracaq. Müsbət mənəvi mühit və seçici fəallığı yeni parlamentin formalaşması üçün zəruri şərtlərdən biridir. Cənab Prezident bildirib ki, təkcə səsçoxluğu ilə seçiləcək millət vəkilləri deyil, seçkidə qalıib gələcək müxtəlif partiyaların təmsilçiləri parlamentdə komitə rəhbərliyinə seçiləcəklər. Bunun özü də parlament seçkilərinə marağı və həvəsi artırır.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqamətində hazırlanıb.
Törə Zeynallı
Demokrat.az