Tramp onu Harrislə qarışdıran Baydeni ələ saldı: "Əla işdir, Co!"

DÜNYA 12 iyul 2024, 22:25
ABŞ prezidenti Co Bayden NATO Sammitində çıxışı zamanı keçmiş prezident Donald Tramp ilə müavini Kamala Harrisi bir-biri ilə qarşırdırıb. 

Demokrat.az
xəbər verir ki, fürsətdən istifadə edən Tramp X sosial media platformasındakı paylaşımında "Əla işdir, Co!" deyərək Baydeni ələ salıb. 

Mətbuat konfransından sonra Bayden, Harris ilə Tramp arasındakı fərqi bildiyini göstərmək üçün rəsmi X hesabında "Biri prokuror, digəri isə cinayətkardır" paylaşımını edib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top