“Beynəlxalq təmasların inkişaf etdirilməsi Azərbaycan üçün vacibdir”— Millət vəkili

GÜNDƏM 12 iyul 2024, 21:42
“Beynəlxalq təmasların inkişaf etdirilməsi Azərbaycan üçün vacibdir. Dövlətimizin xarici siyasətinin əsas prinsiplərindən biri də ondan ibarətdir ki, bərabərhüquqlu, qarşılıqlı maraqlara cavab verən və digər vacib prinsiplər gözlənilməklə dünya dövlətləri ilə konstruktiv əməkdaşlıqlar qurulsun. Bu mənada Azərbaycan üçün maraqlı olan müxtəlif platformalar çərçivəsində fəallığın artırılması da hədəflərimizə cavab verir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşir deyib.

Deputatın sözlərinə görə, Azərbaycanla ŞƏT və BRİCS üzvü ölkələr arasında ikitərəfli qaydada əməkdaşlıq var:

“Xüsusilə də iqtisadi əlaqələrin diversifikasiyası qlobal müstəvidə imkanlarımızı genişləndirir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanla Çin arasında imzalanan strateji tərəfdaşlıq bəyannaməsində də Azərbaycan BRİCS-ə üzv olmaq istəyini ifadə edib. BRİCS çərçivəsində əməkdaşlıq iqtisadi və siyasi maraqlarımıza uyğun ola bilər. Çünki BRİCS ölkələri ilə Azərbaycanın təmasları kifayət qədərdir. Ən əsası isə ŞƏT və BRİCS çərçivəsində sivilizasiyalararası dialoq prinsipinə istinad olunur. Bu da hər zaman Azərbaycanın təşviq etdiyi prinsipdir. Azərbaycanın BRİCS-ə üzv olmaq istəyini bildirməsi onun mövqeyini açıq şəkildə ifadə edir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top