“Pakistan axıra qədər Azərbaycanın haqlı davasında yanında oldu” — Fazil Mustafa

GÜNDƏM 11 iyul 2024, 18:17
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfərinə gedib. Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Prezidenti və Pakistanın Baş naziri qarşılayıb.

Demokrat.az
-a Azərbaycan-Pakistan münasibətlərini şərh edən deputat Fazil Mustafa bildirib ki, Prezidentimizin qardaş ölkə Pakistana səfəri çox yüksək səviyyəli diplomatik bir addımdır. 

Fazil Mustafa qeyd edib ki, bu səfər Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana verdiyi dəstəyin nə qədər önəmli olduğunu çatdırır:

“Pakistan qardaş ölkədir. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan olub. 44 günlük Vətən müharibəsində biz bunun əyanı sübutunu gördük.

Pakistan birmənalı şəkildə Azərbaycana dəstək verdi. Türkiyə qədər Pakistan da axıra qədər Azərbaycanın haqlı davasında yanında oldu. Prezident İlham Əliyev Pakistanın dəstəyini hər zaman vurğulayıb. Bizim Pakistan ilə münasibətlərimiz hər zaman ən yüksək səviyyədə olub. Eyni zamanda, Heydər Əliyev Fondu da orada humanitar addımlar atıb. Tarixi köklərə malik iki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər gələcəkdə də inkişaf edəcək və güclənəcək. Ölkəmiz Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir.  Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu baxımdan ölkə başçısının Pakistana səfəri dostluq, qardaşlıq, siyasi və iqtisadi baxımdan çox önəmli bir səfərdir”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top